adalet.az header logo
  • Bakı -°C
28 Aprel 2026 15:04
68
GÜNDƏM
A- A+

24 aprel ermənilərin qondarma “soyqırımı” kimi qeyd etdikləri tarixin ismidir”

“1906-cı ildə hazırda Azərbaycanın Şəmkir rayonu ərazisində yerləşən Çardaqlı kəndində doğulan Hamazasp Babacanyan sonralar SSRİ ordusunda "Zirehli Qoşunların Marşalı" rütbəsinə qədər yüksəlmiş, erməni əsilli yüksək rütbəli komandir kimi çox məşhurlaşmışdı”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

“Onun “Танковые рейды 1941-1945.”adlı xatirələr toplusunun girişində belə bir qeyd var:

— Vətən nədir? — soruşdum mən.Mehti mənə axmaqcasına baxdı.— Vətən – ataların torpağıdır. Bu ermənicə də belədir, eləmi? — o, Aykaza tərəf döndü.— Bəli, ataların torpağı, — Aykaz təkrar etdi. — Burda sənin babalarının evi olub. Onun da babasının, — Aykaz Mehtiyə işarə etdi.— Qoy torpaq onlara yüngül olsun, — dedi Məhti.— Yaxşı qonşusuz, — əlavə etdi Aykaz, — ocaq ocaq deyil, ev ev deyil.— Bəli... ocaqsız ev yoxdur, — təsdiqlədi Məhti. — Evsiz kənd yoxdur. Kəndsiz isə Vətən də yoxdur. Anlaşıldı?— Anlaşıldı... — cavab verdim mən.Hərçənd əslində mənə bu yalnız illər sonra tam aydın oldu.”Sözügedən erməni Marşal ilk hərbi təcrübəsini Gədəbəydə Yaqublu ağalarına qarşı 1930-cu ildə müharibə aparan qırmızı ordunun tərkibində ideoloji məsələlər üzrə komissar kimi yaşamşdı və Şəmkirin, Gədəbəyin torpaqlarına öz memuarında “Vətən” deyərək ermənicə xitab etməsinin kökündə buraları özlərinin torpaqları sayması faktına bağlı idi.Babacanyanı məşhur, sıradan bir erməni kimi, statistik bir fərd kimi sadəcə nəzərdən keçirmək bəs edir ki, Çənlibeldə doğulan birisi Azərbaycana necə ərazi iddiası edə bilər sualına cavab tapmaq mümkündür.Üzərindən 111 il keçəndən sonra özünün olmayan torpaqları vətən adlandıranların 1915-ci il hadisələrində cəmi bir milyon olan toplumun bir milyon yarımının necə “soyqırımı”na məruz qalmasını izah etməkdən qaçması daha da manidardır. 24 aprel ermənilərin qondarma “soyqırımı” kimi qeyd etdikləri tarixin ismidir. Amma ən maraqlısı bu gün erməni hakimiyyətinin təmsilçilərinin bu dağıdıcı ritorikadan qaçdıqları halda lobbinin saxta iddialarla ürəkbulandırması erməni xalqının faciəsinə yol açır deməkdir. Bəs, bu gün sözügedən saxta iddialara kimlər dəstək verir?”, - deyə o, sual verib. 

Vasif ƏLİHÜSEYN