Sosial şəbəkələrdə cəlbedici reklamlarla bağlı XƏBƏRDARLIQ- VİDEO
Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, xəbərdarlıqda deyilir:
"Sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda tez-tez “brend məhsullar çox ucuz qiymətə satılır” kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür. İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür.
Bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir.
Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, “son fürsət”, “məhdud sayda” kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir.
Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir.
DİN vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:
- Şübhəli linklərə daxil olmayın;
- Saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın;
- Alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin;
- Emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın.
Belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir. Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin.
Unutmayın, onlayn platformalarda diqqətli davranmaq hesabınızdakı vəsaiti qorumağın ən etibarlı yoludur".
Digər Xəbərlər
28 Aprel 2026 14:27
Xocalı sakinlərinin nəzərinə!
28 Aprel 2026 14:25
"ASAN Xidmət"ə yeni səlahiyyət verildi
28 Aprel 2026 13:52
“Zərifə xanımın rolu bu baxımdan yalnız bir ana obrazı ilə məhdudlaşmır”
28 Aprel 2026 13:35
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
28 Aprel 2026 13:09
Yol polisi sürücülərə müraciət etdi
28 Aprel 2026 12:14
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu keçirəcək
28 Aprel 2026 12:05
Bu 9 avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi
28 Aprel 2026 11:15


Bakı -°C

