Yol polisi sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən Adalet.az-a verilən məlumata görə, hazırda respublikanın bir sıra bölgələrində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin qarşıdakı iki gün ərzində də davam edəcəyi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Ayrı-ayrı bölgələrdə yağışın intensiv olacağını nəzərə alaraq, sürücülər ehtiyat tədbirləri görməli, yağmurlu, çiskinli havada sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, avtomobilin texniki sazlığını, xüsusilə işıq cihazlarının, şüşəsilgəclərinin işlək vəziyyətdə olmasını təmin etməlidirlər.
Piyadalar da əlverişsiz hava şərtlərini nəzərdən qaçırmamalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
Digər Xəbərlər
28 Aprel 2026 14:27
Xocalı sakinlərinin nəzərinə!
28 Aprel 2026 14:25
"ASAN Xidmət"ə yeni səlahiyyət verildi
28 Aprel 2026 13:52
“Zərifə xanımın rolu bu baxımdan yalnız bir ana obrazı ilə məhdudlaşmır”
28 Aprel 2026 13:35
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
28 Aprel 2026 13:01
Sosial şəbəkələrdə cəlbedici reklamlarla bağlı XƏBƏRDARLIQ- VİDEO
28 Aprel 2026 12:14
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu keçirəcək
28 Aprel 2026 12:05
Bu 9 avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi
28 Aprel 2026 11:15


Bakı -°C

