Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 06.05.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı mayın 7-də 08:00-da İmişli Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Digər Xəbərlər
28 Aprel 2026 13:35
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
28 Aprel 2026 13:09
Yol polisi sürücülərə müraciət etdi
28 Aprel 2026 13:01
Sosial şəbəkələrdə cəlbedici reklamlarla bağlı XƏBƏRDARLIQ- VİDEO
28 Aprel 2026 12:05
Bu 9 avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi
28 Aprel 2026 11:15
Səhiyyə Nazirliyinin rəhbərliyi Zərifə Əliyevanın əziz xatirəsini yad etdilər - FOTOLAR
28 Aprel 2026 10:34
Müraciətlərə baxılması qaydası dəyişir
28 Aprel 2026 10:23
Zəngdən sonra kartından pul çıxarıldı və adına 2 kredit rəsmiləşdirildi - VİDEO
28 Aprel 2026 09:13


Bakı -°C

