Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
Adalet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verdi.
Ruanda Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Digər Xəbərlər

Keniya Dövlət Prokurorluğunun Direktoru Azərbaycanda səfərdədir

Adnan Əhmədzadə haqda qərar verildi

“Əsrin müqaviləsi”nin imzalanmasından 31 İL KEÇİR

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Qatarların qarşısına 81 dəfə qəfil insan çıxdı - 7 nəfər öldü

Erkən nikahlarla bağlı qanunun sərtləşdirilməsi təklif olunur

“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib
