Vardanyan Laçında saxlanıldı, Bakıya gətirildi - YENİLƏNİB
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilmişdir.
**
Separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyanın saxlanılması ilə bağlı məlumat yayıb.
Adalet.az xəbər verir ki, Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabənd mediaya açıqlamasında ərindən xəbər ala bilmədiyini qeyd edib.
13:35
Rusiyalı milyarder Ruben Vardanyanın saxlanıldığı barədə məlumat yayılıb.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat dərc edib.
Bildirilir ki, separatçıların keçmiş "dövlət naziri" Vardanyan Ermənistana getmək istəyərkən Laçın keçid məntəqəsində saxlanılıb.
Hələlik bununla bağlı rəsmi məlumat yoxdur.
Digər Xəbərlər
26 Iyul 2026 09:44
200-dən çox Amerika hərbçisi məhv edilib - SEPAH
26 Iyul 2026 09:22
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
26 Iyul 2026 09:10
ABŞ İranda mürəkkəb əməliyyata hazırlaşır
25 Iyul 2026 18:00
Tramp: Çin və Rusiya İrana silah verməyəcək
25 Iyul 2026 17:01
Tokayevdən Putinə çağırış: Münaqişəni dondurun, İstanbul danışıqlarına qayıdın
25 Iyul 2026 12:00
Fransa və İspaniyada fəlakət: 130 min insan təxliyə edildi
25 Iyul 2026 09:42
BMT-nin Baş katibi Suriyaya getdi
25 Iyul 2026 09:23


Bakı -°C

