Rüdiger üçün mövsüm bitdi
İspaniyanın "Real Madrid” komandasının futbolçusu Antonio Rüdiger zədə səbəbindən mövsümün qalan matçlarında oynamayacaq.
Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya Kral Kubokunda “Barselona” ilə final oyununda (2:3) zədələnən almaniyalı müdafiəçi dizindən əməliyyat olunub.
Onun təqribən 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu isə o deməkdir ki, təcrübəli oyunçu üçün mövsüm vaxtından əvvəl başa çatıb.
Qeyd edək ki, Antonio Rüdiger bu mövsüm "Real Madrid"in heyətində 49 matçda iştirak edib.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

