adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Aprel 2024 08:45
371
DÜNYA

Rusiya 4 istiqamətdə böyük hücuma hazırlaşır

Rusiya Donetsk, Xerson, Luqansk və Zaporojye bölgələrinin daha çox ərazisini ələ keçirmək niyyəti ilə baharın sonunda və ya yayda genişmiqyaslı hücum hazırlaya bilər.

Adalet.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

“Kiyevdəki səlahiyyətlilər Moskvanın Ukraynanın şimal-şərqdəki ikinci böyük şəhəri Xarkova hücum planlaşdıra biləcəyindən də narahatdırlar. Rusiya yüz minlərlə hərbçini səfərbər edir və hazırlıq üçün şəhəri raketlərlə atəşə tutur", - məlumatda qeyd edilib.