Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırdı
Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.
Adalet.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.
Şirkət qeyd edib ki, Gürcüstan ərazisində Şimali Qafqaz - Transqafqaz tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəzalı bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan noyabrın 14-ü saat 22:00-dək qaz təchizatı dayandırılır.
Şirkətdən bildirilib ki, bu müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikada istehlakçıların fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz təmin ediləcək.
Digər Xəbərlər
26 Yanvar 2026 21:00
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib
26 Yanvar 2026 12:19
Ağdərə-Kəlalə avtomobil körpüsünün tikintisi bizə nə verəcək? - Açıqlama
26 Yanvar 2026 09:54
Azərbaycanın Ermənistana ötənilki ixracının DƏYƏRİ
26 Yanvar 2026 09:25


Bakı -°C

