adalet.az header logo
  • Bakı -°C
26 Yanvar 2024 18:21
647
DÜNYA
A- A+

"Rusiya Ermənistanın məğlubiyyətinin qarşısını alıb" - Zaxarova

Moskva İrəvanın tərəfdaşı olaraq qalır.

Adalet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

Onun sözlərinə görə, Rusiya hərbi əməliyyatların dayandırılmasına həlledici töhfə verib: "Xüsusən də bu, 2020-ci ilin payızında baş verib və daha da çətin vəziyyətə, hətta demək olar ki, Ermənistanın məğlubiyyətinin qarşısının alınmasında həlledici rol oynayıb".