Rusiya girdiyi ölkəni heç vaxt tərk etməyib: Hələ bu ölkə MDB məkanıdırsa...
Ermənistandakı 102-ci Rusiya hərbi bazası hər zaman ermənilərə “başağrısı” olub. Elə bu səbəbdən də erməni ictimaiyyətinin gündəmində tez-tez hərbi bazanın Ermənistandan çıxarılmasına aid söz-söhbətlər səngimir.
Hətta, 9 il öncə Ermənistanın Gümrü şəhərində 102 saylı Rusiya Hərbi bazasında hərbi xidmətdə olan rusiyalı hərbi qulluqçu Valeri Permyakov Gümrüdə erməni ailənin 7 üzvünü o cümlədən körpə uşağı amansızcasına qətlə yetirildikdən sonra gündəm daha da qızışmış, əhali bazanın Ermənistanda qalmasına “Rusya hərbi bazası Ermənistanı tərk etsin” şüarı ilə mitinqlər də başladıldı.Bu tip mitinqlərə gələn ermənilərin sayına diqqət yetirsək görərik ki, həqiqətən də ermənilər bazanın ölkədən çıxmasına tərəfdardırlar və bunu hökümətdən yekdilliklə tələb edirlər.
Ermənistanın Baş naziri Nikol Paşinyanın son 3 ildə yürütdüyü anti-rusiya siyasətinə nəzər saldıqda düşünmək olar ki, bazanın Ermənistanda qalması onun da ürəyini açmır.
Rusiya əlbəttə ki, bu soyuq münasibəti aydın görür və ehtiyatını tutur. iBeləki, Rusiya mesajlar verir ki, əslində ənənəvi olaraq, Rusiya qoşunu ilə girdiyi ölkədən çıxmaq kimi bir istəkdə heç vaxt olmayıb. Hələ bu ölkə keçmiş MDB məkanıdırsa və gələcəkdə yeni SSRİ-nin ərazisi olacaqsa.
Ermənilərin ciddi narazılıqlarına baxmayaraq, “Shah İntel” Teleqram kanalı fotolar təqdim edərək Rusiyanın adıgedən ölkədə daha da möhkəmləndiyini irəli sürüb. Teleqram kanalının təqdim etdiyi fotoların biri 2020-ci, digəri isə 2023-cü ildə çəkildiyi iddia edilir. Missiyası Ermənistan sərhədini qorumaq olan Rusiya 102-ci bazanın hərbçilərinin xidmət apardıqları “Karabzol” sərhəd zastavasında gücləndirmə işləri aparıdığı fotolarla təsdiq olunur.

Peyk vasitəsilə çəkilən fotolar ərazinin kökündən yeniləndiyini ortaya qoyur.Əslində son dəfə 1989-cu ilin fevralın 15-də rus ordusu Əfqanıstandan çıxıb.
Deyirdilər, e, 1993-cü il 25 may- rus qoşunlarının Azərbaycandan çıxarıldığı gündür. Əslində rus qoşunları Azərbaycanı tərk etmədi, Qəbələdən, gəncədən çıxan rus ordusu başqa yollarla gəlim əlimizdən zorla alıb ermənilərə peşkəş verdiyi Qarabağa yığışdı. Baxmayaraq ki, indi Qarabağda erməni qalmayıb, amma heç rusların Qarabağı tərk etmək fikirləri də yoxdu. 2020-ci ildən Qarabağdda yerləşdikləri yerləri Gümrüdəki baza kimi yenidən abadlaşdırıb, kilsə, park. abidə, 25 modul tipli qəsəbə tikib rahat oturublar. Rus girdiyi ərazidən çətin çıxar.
Xatırlayırsınızsa, Canyataq kəndi ərazisində rus sülhməramlılarının olduğu avtomobil kiçik silahlardan atəşə tutuldu, hərbçilər həlak oldu. Həmin hərbçilərin şərəfinə Rusiya “Hərbi Sülhməramlıları Günündə” 2023-cü il sentyabrın 20-də Həmin hərbçilərin şərəfinə həmin kənddə abidə ucaldılıb.
Əntiqə Rəşid
Digər Xəbərlər
02 Aprel 2026 00:00
Aprel döyüşlərindən 10 İL ÖTÜR
01 Aprel 2026 18:40
Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
01 Aprel 2026 17:54
Akademik Əli Abbasov: “Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır”
01 Aprel 2026 15:47
Dövlətçiliyimizin aliliyi təhlükəsizliyin əsas mənbəyidir - ŞƏRH
01 Aprel 2026 15:03
Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır
01 Aprel 2026 13:47
Martda 267 tank əleyhinə mina zərərsizləşdirilib
01 Aprel 2026 13:15
Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
01 Aprel 2026 12:58


Bakı -°C



