Rusiya Hüseyn Həsənovu axtarışa verdi
Milyonçu bloger Hüseyn Həsənov çirkli pulların yuyulması maddəsi ilə açılan cinayət işi çərçivəsində axtarışa verilib.
Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, o qiyabi həbs edilib. Hüseyni 7 ilə qədər həbs gözləyir.
Azərbaycanlı blogerə qarşı 174-cü maddənin 4-cü hissəsi - xüsusilə irimiqyaslı pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə cinayət işi açılıb. İş 23 aprel 2025-ci ildə Çertanovski Məhkəməsinə daxil olub, ona baxılıb və qərar qəbul edilib. Bloger barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, hazırda o, axtarışdadır.
2024-cü ildən Hüseynin özü Rusiyada yaşamır; bəzi məlumatlara görə, o, Azərbaycana gəlib. 2024-cü ilin iyununda Moskva Federal Vergi Xidməti Həsənova qarşı 145 milyon rubl borcuna görə iddia qaldırıb. Daha sonra onun restoranlar və yeməklərin çatdırılması ilə məşğul olan şirkətlərinin hesabları bloklanıb.
Digər Xəbərlər
11 Aprel 2026 18:39
Sərxan Kəmalə Günəşlidən yazdı: “Arxa plan gözümüzü “mazol” etdi”
11 Aprel 2026 12:29
Işın Karaca Yunanıstandan deportasiya edildi
10 Aprel 2026 18:02
Türkan toyda çətin anlar yaşadı - VİDEO
10 Aprel 2026 17:35
Alişan xanımının geyiminə görə işdən qovuldu
10 Aprel 2026 17:12
"Anam heç vaxt məni buna məcbur etməyib" - İlqarə Aygündən danışdı
08 Aprel 2026 15:47
AYAN: “Heç bir kişi üçün ağlamamışam”
08 Aprel 2026 15:46
Meyxanaçı: “Ağasəlimin hərəkətləri təbii idi, amma Elçin...”
08 Aprel 2026 15:45


Bakı -°C

