03 Iyul 2024 18:38
330
DÜNYA

Rusiya ilə Ukrayna arasında sülhü təmin edə bilərik - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə bildirib ki, Ankara Rusiya-Ukrayna müharibəsinin sonlandırılmasına öz töhfəsini verməyə hazırdır. Ərdoğan deyib ki, Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında atəşkəs razılaşması üçün zəmin yarada bilər.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının liderlərin Astanada keçirilən görüşünün yekunlarına dair məlumatında bildirilib.

Məlumata görə, Ərdoğan qeyd edib ki, hər iki tərəfi qane edən ədalətli sülh mümkündür.