Rusiya Kiyevə kütləvi hücuma keçib - Ölənlər var - YENİLƏNİB

Rusiya ötən gecə Kiyevə çox sayda PUA və raket zərbəsi endirib.
Adalet.az xəbər verir ki, şəhərin meri Vitali Kliçkonun açıqlamasına görə, hücum nəticəsində 23 nəfər ölüb.
"14 nəfər xəstəxanaya yerləşdirilib. Şəhərin bir sıra ərazilərində yaşayış binalarına ziyan dəyib", - Kliçko qeyd edib.
***10:10
İyulun 4-nə keçən gecə Rusiya qüvvələri Kiyevə, o cümlədən Julyanı aerodromuna və Vasilkov hərbi aviabazasına kütləvi hücuma keçib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Zədələnmiş Julyanı aerodromunun Patriot hava hücumundan müdafiə raket sisteminin yerləşdiyi yer olduğu bildirilir. Enerji infrastrukturu obyektlərinə də ziyan dəydiyi bildirilir.
Ukrayna Dəmir Yolları paytaxtın dəmir yolu infrastrukturuna ziyan dəydiyini bildirib. Yerli xəbər portalları Kiyevin cənubunda havanın keyfiyyətinin normadan 16 dəfə yüksək səviyyəyə kəskin pisləşdiyini bildirir.