Rusiya Kiyevi yenə vurdu: ölənlər var
Rusiyanın gecə saatlarında Ukraynanın Kiyev vilayətinə PUA-larla hücumu nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Adalet.az xəbər verir ki, bu barədə Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
Məlumata görə, Brovarı rayonunda üç ərazidə PUA qalıqlarının düşməsi nəticəsində fərdi yaşayış evi, yardımçı tikililər və avtomobillər zədələnib. Qeyri-yaşayış binasının ərazisində isə yanğın baş verib.
Hücum nəticəsində 3 nəfər ölüb. Ölənlər arasında uşaq da var. Daha 3 nəfər yaralanıb, onların arasında da uşaq olduğu bildirilir.
Hazırda ərazidə xilasedicilər və aidiyyəti xidmətlərin əməkdaşları işləyir. Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Digər Xəbərlər
08 Avqust 2026 10:50
TBMM komissiyası "Terrorsuz Türkiyə"yə dair qanun layihəsini təsdiqləyib
08 Avqust 2026 10:37
“Böyük İsrail”dən fərqli olaraq “Böyük İran”ın ardınca getmirik...
08 Avqust 2026 09:52
Etna OYANDI - VİDEO
08 Avqust 2026 09:48


Bakı -°C

