Emil Əliyev Rusiyada yüksək vəzifəyə seçildi
Həmyerlimiz Emil Əliyev növbəti beşillik müddət üçün yenidən Rusiya Minifutbol Assosiasiyasının (RMFA) prezidenti seçilib.
Adalet.az bildirir ki, müvafiq qərar təşkilatın hesabat-seçki konfransında qəbul olunub.
E.Əliyev 2003-cü ildən Superliqanın icraçı direktoru, 2005-ci ildən Rusiya Minifutbol Assosiasiyasının baş direktoru vəzifələrində çalışıb, 2011-ci ildən isə təşkilata rəhbərlik edir. O, 2016-cı və 2021-ci illərdə də Assosiasiyanın prezidenti vəzifəsinə yenidən seçilmişdi.
Bununla yanaşı, E.Əliyev UEFA-nın futzal və çimərlik futbolu komitəsinin üzvü olub.
Onun rəhbərliyi dövründə Rusiya futzal millisi 2016-cı il dünya çempionatının finalçısı olub. Komanda Avropa çempionatlarında beş dəfə finala yüksəlib, həmçinin iki dəfə bürünc medal qazanıb.
Emil Əliyev Bakı şəhərində anadan olub. O, pedaqoji elmlər doktoru, professor, Rusiyanın Əməkdar bədən tərbiyəsi işçisi, həmçinin bədən tərbiyəsi və idman sahəsinə dair bir sıra elmi əsərlərin müəllifidir.
Digər Xəbərlər
07 Avqust 2026 20:45
Yunanıstanın qərarı ilə bağlı Türkiyə XİN-dən açıqlama
07 Avqust 2026 20:28
"Bu müqavilə heç bir ölkəyə qarşı yönəlməyib" - Ərdoğan
07 Avqust 2026 17:41
Casusluqda ittiham olunan iranlı aktrisa evində ölü tapıldı
07 Avqust 2026 16:09
"Hazırda Ermənistanda referendum keçirmək mümkün deyil"
07 Avqust 2026 16:06
Yaxın Şərqdə yeni bir era - Məkkə Sazişi imzalandı
07 Avqust 2026 16:03
Xamenei ölüm yatağındadır – KİV
07 Avqust 2026 14:12
"Avropa bizi Rusiya qazını tədarük etməməyə çağırır" - Türkiyəli nazir
07 Avqust 2026 12:49


Bakı -°C

