Rusiya MN: "Laçın rayonu Azərbaycana təhvil verilib"
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycana təhvil verilib”.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
O bildirib ki, Laçın qeyd edilən razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi.
Konaşenkov Laçın dəhlizinin 5 kilometr enliyində Rusiya sülhməramlılarının nəzarəti altında olduğunu əlavə edib. Onun sözlərinə görə, bu dəhliz vasitəsilə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanların yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki nəqliyyatın hərəkəti təmin olunur.