adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Sentyabr 2022 10:37
759
İQTİSADİYYAT

Rusiya neftinin qiymətini ABŞ müəyyənləşdirəcək..?

Blombergin məlumatına görə, ABŞ -ın maliyyə nazirinin müavini Uolli Adeymo bəyan edib ki, Hidistan Rusiyadan aldığı neftin qiymətinə məhdudiyyət qoyulması məsələsini müzakirə etməyə hazırdır.

Adeymo bildirir ki, Hindistanın Neft naziri Hardin Sinqx Puri onunla əlaqə saxlayıb: "Bazar günü mən Hindistanın neft nazirindən xoş xəbər aldım. Onlar bizə qoşulmaq məsələsinə baxırlar".

Xatırladırıq ki, sentyabrın 2-də "Böyük yeddilik" Rusiyadan alınan neftinin qiymətlərinə məhdudiyyət qoyulması barədə razılığa gəlib. Bununla yanaşı onlaraq onlar Rusiya yanacağına ehtiyacı olan ölkələrə müəyyən güzəştlər olunması ilə bağlı xüsusi mexanizmlər hazırlanması planları üzərində işləyəcəklər.

Hindistanın neft naziri Hardin Sinqx Puri, Rusiya neftinə limitlərin qoyulması məsələsinə sıcaq baxdığını bəyan edib. O, bu təklifə diqqətlə yanaşdıqlarını və eyni zamanda bunun nəticələrinin hansı istqamətə aparacağının qabaqcadan müəyyənləşdirilməsinin mümkün olmayacağını bildirib. Puri, həmçinin Hindistanln Rusiyadan aldıqları neftin həcminin artırılması ilə bağlı ölkəsinin ünvanına yönələn tənqidləri də xatırladıqlarını vurğulayıb.

Sadəcə bir məsələ açıq qalır. Rusiya prezidenti Vladimir Putin ABŞ və qeyd olunan kimi, "Böyük yeddilik" dövlətlərinin Rusiya neftinin qymətlərini müəyyənləşdirməsi qərarı ilə barışacaqmı? 

 

Rüstəm Hacıyev