adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Aprel 2024 14:18
397
DÜNYA

RUSİYA NÖVBƏTİ QƏLƏBƏ PARADINI HARDA KEÇİRƏCƏK?!

ABŞ Sovet rəhbərliyinin  maymaqlığından  istifadə edib özünün  agenti  Mixail Qorbaçovu gətirdi İttifaqın başına, o da 3-4 ilin  içində SSRİ-ni kişi qırığı kimi dağıtdı.

İndi ABŞ və NATO dövlətləri yenə özünün  agenti Volodimir Zelenskini Ukraynada hakimiyyətə gətirdi.  Və Zelenski də ABŞ-ın təhrikiylə Rusiya ilə müharibəyə girişdi. İndi ABŞ-ın və NATO dövlətlərinin istəyi odur ki,   Ukrayna  darmadağın olsun və bu müharibədə Rusiya da yanı üstə düşsün və yenidən parçalansın. 

Napoleon da Rusiyanı məhv eləmək arzusu ilə bu ölkəyə hücum elədi və sonda ruslar qələbə paradını Parisdə keçirtdilər. 

Hitler də bu arzu ilə  SSRİ ilə müharibəyə başladı  və cəmi  4 ildən sonra  ruslar qələbə paradını Berlində keçirtdi. 

Görən, indi Rusiya  növbəti qələbə  paradını Berlində keçirəcək, yoxsa Parisdə? 

ABŞ uzaqdı, gedib  orda parad keçirməyə ərinərlər.