Rusiya Təhlükəsizlik konfransında iştirak etməyəcək
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov, prezident Vladimir Putinin bu il Təhlükəsizlik üzrə Münxen konfransında iştirak etməyəcəyini bəyan edib.
Münxen konfransı 18-20 fevral tarixlərində keçiriləcək. Peskov bildirib ki, prezidentin gündəliyində bu konfransda iştirak etmək nəzərdı tutulmayıb.
Təhlükəziziklik üzrə Münhen konfransı 1962-ci ildən başlayaraq hər il keçirilir. İlk 30 ildə bu konfransda yalnız Şimali Atlantika blokuna üzv dövlətlər iştirak edirdilər. 1990-cı illərdən başlayaraq Çin, Yaponiya, Rusiya , Hindistan və başqa dövlətlər də bu konfransda iştirak edirlər.
2007-ci ildə Rusiya prezidenti Vladimir Putinin ABŞ -ın birqütblü dünya yaratmaq siyasətini kəskin tənqid edən çıxışı, Münhen konfransının tarixinə düşüb. Rusiya prezidenti hələ o vaxt NATO-nun şərqə doğru genişləndirilməsini, Amerikanın Şərqi Avropada raket əleyhinə hərbi obyektlərini yerləşdirməsinin əleyhinə çıxış etmişdi.
Hazırda Ukrayna ətrafında baş verən hadisələrin gərginliyi də məhz NATO hərbi qüvvələrinin Rusiya sərhədlərinə yaxınlaşmaq cəhdləri ilə bağlıdır.
Rüstəm Hacıyev
Digər Xəbərlər
21 Sentyabr 2026 23:57
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
21 Sentyabr 2026 23:54
“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26


Bakı -°C

