Rusiyada meymunçiçəyinə ikinci yoluxma faktı qeydə alındı - YENİLƏNİB
Moskvada meymunçiçəyinə ikinci yoluxma halı qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə həmin tibbi müəssisənin baş həkimi Andrey Osipov açıqlayıb.
Qeyd edilib ki, Rusiyanın paytaxtı Moskvada meymun çiçəyi (Mpox) diaqnozu qoyulmuş ikinci xəstə Domodedov xəstəxanasına daxil olub.
Həkimin sözlərinə görə, Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti ( Rospotrebnadzor) artıq yoluxmanın mümkün mənbələrinin müəyyənləşdirilməsi və yoluxmuş şəxsin təmaslarının aşkarlanması məqsədilə araşdırmaya başlayıb.
Hazırda məlumdur ki, yoluxmuş şəxs əvvəllər həmin xəstəxanaya yerləşdirilmiş birinci xəstə ilə təmasda olub.
Meymunçiçəyi nadir virus xəstəliyidir; qızdırma, intoksikasiya, limfa düyünlərinin böyüməsi və əvvəlcə ləkələr şəklində yaranan, sonra isə suluqlu olan səpgilərlə müşayiət olunur.
***
16:25
Rusiyada meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınıb.
Adalet.az xəbər verir ki, xəstə hazırda Moskvanın Domodedovo xəstəxanasında, karantin rejimdə müalicə olunur.
O, virusa ölkə daxilində yoluxub. Tanışı olan kişi də oxşar simptomlarla xəstəxanaya yerləşdirilib, lakin diaqnoz hələ təsdiqlənməyib.
Virusa yoluxanla təmasda olan üçüncü şəxslə isə əlaqə itib. O, virusa yoluxmuş kişi ilə təmasdan sonra yoxa çıxıb. Hazırda Moskva vilayətində meymunçiçənə yoluxduğu şübhəli bilinən üçüncü şəxsin axtarışı aparılır.


Bakı -°C

