Rusiyada zəlzələ OLDU
Rusiyanın Soçi şəhərində zəlzələ baş verib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Andrey Proşunin öz “Telegram” kanalında yazıb.
Merin sözlərinə görə, 4,5 maqnitudalı zəlzələ zamanı kurort şəhərin infrastrukturuna hər hansı ziyan dəyməyib. Eyni zamanda zərərçəkənlərin olması barədə hər hansı məlumat daxil olmayıb.
Bundan əvvəl martın əvvəlində Soçidə bir saat intervalla ardıcıl iki zəlzələ baş vermişdi. 4,4 və 4,8 bal gücündə yeraltı təkanları yerli əhali, xüsusilə hündürmərtəbəli binaların üst mərtəbələrində qalan sakinlər hiss etmişdi.
Digər Xəbərlər
06 Mart 2026 11:21
İran hücumlarından sonra Tel-Əviv - VİDEO
06 Mart 2026 11:05
Cənubi Koreyadakı “Patriot” sistemləri İrana qarşı istifadə oluna bilər
06 Mart 2026 10:57
İranda əhalini 40 faizi yoxsulluq həddində YAŞAYIR
06 Mart 2026 10:10


Bakı -°C

