05 Iyul 2024 10:33
499
MƏMLƏKƏT

Rusiyadan  Qarabağı tərk etmiş ermənilərin 60  uşağına SÜRPRİZ

Rusyia yenə ermənilərə qarşı “mərhəmətli ata” rolunu oynamaqda davam edir.

Qarabağı könüllü tərk edən erməniləri geri qayıdarsa təhlükəsizliyinə təminatçı ola biləcəyini dəfələrlə vurğuluyan Rusiya rəsmilər son bir ildə Ermənistana humanitar yardım çatdırmaqda rekorda imza atıb.
İndi isə ermənilər üçün yenifürsətlər yaratmağa başlayıblar.
Beləki, Rusiyanın təşəbbüsü ilə Qarabağı könüllü tərk edən ermənilərin 60 uşağı İvanovo vilayətindəki “İnterdom” yay düşərgəsinə gedəcək. Rossotrudniçestvo təşkilatının Ermənistandakı nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Viktoriya Deripasko deyib ki, təşəbbüs Rusiya Federasiyasının Təhsil Nazirliyinin, “İrs və Tərəqqi” Fondunun və Rossotrudniçestvonun Ermənistandakı nümayəndəliyinin dəstəyi ilə həyata keçiriləcək:” Uşaqlar 7-30 iyul tarixlərində düşərgədə qalacaqlar”.

 Qeyd edək ki, bu il Rusiya Federasiyası İvanovo şəhərində yerləşən “İnterdom” Beynəlxalq uşaq evinin yaranmasının 91 illiyidir.Yeri gəlmişkən 28 sentyabr 2014-cü il tarixində “AF-Hotel”də Rusiya Federasiyası İvanovo şəhərində yerləşən “İnterdom” Beynəlxalq uşaq evinin yaranmasının 81 illiyini qeyd etmək məqsədi ilə növbəti görüş-konfransının rəsmi açılış mərasimi keçirilmişdir. Konfransda dünyanın 50 ölkəsindən olan 150-dək məzunlarının eləcə də Azərbaycan nümayəndə heyəti iştirak etmişlər.

P.S.Amma hələ də anlamıram “İnterdom” Beynəlxalq uşaq evinin yaranmasının 81 illiyini qeyd etmək niyə məhz Azərbaycanda baş tutub. Axı, 30 illik köçkünçülük dövründə “İnterdom” Beynəlxalq uşaq evi bir nəfər olsun azərbaycanlı köçkün uşağın yay tətilini orada keçirmək kimi bir təşəbbüsü olmayıb...

Əntiqə Rəşid