Rusiyalı general: “Ağdamda monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
“Monitorinq Mərkəzi üç il ərzində üç ölkənin hərbçilərinin Azərbaycan torpağında daimi sülh naminə uğurlu əməkdaşlığının nümunəsi olub”.
Adalet.az-ın xəbərinə görə, bunu həmin rayonda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılması ilə əlaqədar təşkil olunan tədbirdə çıxış edən Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakov deyib.
General-polkovnik qeyd edib ki, mərkəzin fəaliyyəti dövründə Rusiya və Türkiyə sülhməramlıları atəşkəs rejiminə əməl olunmasına etibarlı nəzarət sistemi qurmağa müvəffəq olublar:
“Rusiya və Türkiyə sülhməramlıları müsibətlər görmüş torpaqlarda əmin-amanlığın yaranması üçün möhkəm təməl qurublar. Qarşıya qoyulan bütün vəzifələr Rusiya və Türkiyədən olan həmkarlar tərəfindən işgüzar, dostluq şəraitində həll olunurdu”.
General bəyan edib ki, qarşılıqlı hörmət, beynəlxalq humanitar hüquq əsasında fəaliyyət göstərən mərkəzin uğurlu işi sülhməramlı əməliyyatı vaxtından əvvəl bitirməyə və Rusiya sülhməramlı kontingentin Azərbaycanın Qarabağ iqtisadi zonasından çıxarmağa imkan yaratdı./report
Digər Xəbərlər
11 Aprel 2026 10:52
DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin 33,6 faizi təhlükəsizlik kəmərini bağlamayanlar olub
11 Aprel 2026 10:34
Hərbçilərimizin də iştirak etdiyi “Anatolian Phoenix - 2026” təlimi davam edir - VİDEO
11 Aprel 2026 10:29
Yasamalda avtomobil təmiri sexinin fəaliyyəti dayandırıldı - VİDEO
11 Aprel 2026 09:49
Prezident balaca Ayazın ailəsinə “Kamaz” hədiyyə etdi - VİDEO
10 Aprel 2026 19:15
Bakıda Xameneiyə anım mərasimi keçirildi - FOTOLAR
10 Aprel 2026 17:04
Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edildi - VİDEO
10 Aprel 2026 17:03
Yağıntı intensivləşəcək, çaylardan sel keçəcək
10 Aprel 2026 16:36


Bakı -°C

