04 Fevral 2025 13:19
185
DÜNYA

Rusiyanın Ukrayna çöllərində qırılan general sərvəti: Siyahı 16+1

Xəbər vermişdik ki,  Rusiya Ukrayna müharibəsi uzandıqca hər iki tərəfdən itkilərin sayı inanılmaz həddə çatır.

 Ukrayna müharibənin 1077-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Rusiya indiyə qədər 842 930 hərbçi, 9 938 ədəd tank, 20 709 ədəd zirehli döyüş maşını, 22 655 ədəd artilleriya sistemi, 1 269 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1053 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 35 921 ədəd avtomobil texnikası, 24 003 ədəd PUA, 3054 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 733 xüsusi avadanlıq itirib.

Hətta, araşdırmalarımızla öyrənmişdik ki, Rusiya ordusu general sarıdan, sözün həqiqi mənasında böyük itkilərlə qarşı-qarşıyadır Müharibə başlayan gündən cəbhədəbu qədər general ölüb:


1.General-mayor Andrey Kolesnikov

2.General-mayor Andrey Suxovetski,

3.General-mayor Oleq Mityayev,

4. General-mayor Vladimir Frolov,

5.General-mayor Andrey Simonov,

6.General-mayor Kanamat Botaşev,

7.General-leytenant Roman Kutuzov,

8 . General-mayor Dimitri Ulyanov

9. General-mayor  Sergey Qoryaçev

10. General-leytenant Oleq Sokov

11 General mayor Vladimir Zavadski

12. General mayor İqor Trifonov

13 General mayor Pavel Klimenko

14 General-leytenant  İqor Krillov

15.General-leytenant Yakov Rezantsev

16.  General mayor Konstantin Smeşko

Rusiyanın növbəti generalı ötən gün cəbhədə öldürülüb.

Adalet.az xəbər verir ki,  Daxili İşlər Nazirliyinin keçmiş general-mayoru Andrey Qolovatski Ukraynada müharibədə öldürülüb.

General-mayorun ölümü 30 iyun 2024-cü ildə baş verib və dünən açıqlanıb. 2019-cu ildə o, rüşvət aldığı üçün 8 il 5 ay müddətinə azadlıqdan məhrum edililən və müharibə başlayarkən orduya getməsi ilə bağlı istəyini Rusiya Müdafiə Nazirliyini bildirən Qolovatski Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şimali Qafqaz Regional Komandanlığı Baş Qərargah rəisinin birinci müavini vəzifəsini tutub. 

 Qeyd edək ki, haqqında "öldürüldü" deyilən bir çox generallar mövcuddur ki, haqqında hələki ictimaiyyətə məlumat verilmir. Məsələn 2022-ci ildə Kiyev yaxınlığındakı Qostomel hava limanında Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayevin  məhv edildiyi haqqında məlumat yayıldı. Amma rəsmi Rusiya bu faktı nə təkzib etdi, nə də təsdiq etdi.

 Əntiqə Rəşid