Rusiyaya 3 gün ərzində dəyən 2 böyük zərbə: Xartiya və yüzillik saziş
jpg-1737111349.jpg)
Hazırda bütün siyasi arenalarda 14-də Vaşinqtonda ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında xartiyanın ağır zərbəsi açısı Rusiyanın canından çıxmamış, Böyük Britaniya və Ukrayna arasında yüz illik əməkdaşlığa dair saziş imzalanması növbəti qızğın müzakirələrə səbəb olub.
Rusiya administrasiyası xaric , bu ölkədə siyasətlə məşğul olan şəxslər , eləcə də bir sıra aparıcı media orqanları məsələyə müəyyən reaksiyalar verib .
Adalet.az xəbər verir ki, nəhayət Kreml susqunluğunu pozaraq məsələyə münasibət bildirib.
Beləki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya London və Kiyev arasında 100 illik tərəfdaşlıq sazişi çərçivəsində Britaniyanın hərbi infrastrukturunun öz sərhədlərinə doğru irəliləməsindən narahatdır:“Bu, Ukraynanın alyansa üzvlüyünə zəmanət verən müddəa deyil, baxmayaraq ki, Britaniyanın NATO ölkəsi olduğunu nəzərə alsaq, onun hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsi, şübhəsiz ki, kifayət qədər narahatedici elementdir”.
Peskovun, Qara dəniz - Rusiyanın daxili dənizidir və orada Ukrayna ilə Böyük Britaniya arasında qarşılıqlı əlaqədən söhbət gedə bilməz deməsi də uçurumun dərinliyini ifadə edən cümlə kimi ifadə oluna bilər
Qeyd edək ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurmaq fikri çoxdan gündəmdədir. Və belə bir dönəmdə Ermənistan ABŞ-la tərəfdaşlıq sənədi imzalamaqla birmənalı şəkildə Rusiyanın regiondan uzaqlaşdırılmasına nail olmağa çalışır. Rusiyanın razılığı olmadan Ermənistanın ora hansısa digər bazanı yerləşdirməsi ağır nəticələrə gətirib çıxaracağını nəinki rus mediası, eləcə də erməni mediasına mövzu ilə bağlı açıqlama verən siyasətçilər təsdiqləyirlər.
Əntiqə Rəşid
Digər Xəbərlər

Paşinyan Azərbaycanla sərhədə gəldi - VİDEO

Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarıldı

İrəvan rus kanallarının yayımının məhdudlaşdırmaq istəyir

Paşinyan yenə Putini "vurdu":"Təcavüzçü"

"Nüvə proqramı ilə bağlı razılığa gəlmək mümkündür" - İran XİN rəhbəri

"Rusiya-İran münasibətləri bütün dünyaya bir siqnaldır" - Əraqçi

Putin Xameniyə məktub göndərib
