23 Oktyabr 2025 13:04
87
GÜNDƏM

"Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları" dəyişdi

Nazirlər Kabineti "Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edib.

Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 iş günü müddətində dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd Komitəyə təqdim edilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydalarda nəzərdə tutulmuş müddətdə Komitəyə təqdim edilmədikdə, Komitə "Lisenziyalar və icazələr haqqında" qanunda göstərilmiş tədbirləri görülür.