Rüşvət alan gömrükçüdən YENİ XƏBƏR

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib.
Adalet.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun inspektoru Cavid Məmmədovun qanunsuz əməlləri barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaq zamanı Cavid Məmmədovun ayrı-ayrı vətəndaşlara gömrük nəzarət postundan keçid üzrə yoxlama prosedurlarının sürətli icra edilməsi, eləcə də pul vəsaitlərinin gömrük nəzarət postundan kənar keçirilməsinə köməklik göstərilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər Xəbərlər

MƏHKƏMƏ: Başlıbel əhalisinin məhvinin şahidi olanlar ifadə veriblər - YENİLƏNİB + FOTOLAR

"Yaşlı kişini yandırmışdılar, sadəcə, başı qalmışdı" - Başlıbel faciəsinin şahidi

"Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər" - Zərərçəkmiş

Barışıq sazişi əsasında cəzadan azad edildi - Azərbaycanda ilk

"23 nəfəri diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı" - VİDEO

"Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Zərərçəkmiş

Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş etdirilib
