“Bu göstəriciləri düzgün oxuyanlar bazarda üstünlük qazanır...”
“İyulun 1-də, yəni dünən Portuqaliyanın Sintra şəhərində keçirilən Avropa Mərkəzi Bankının ənənəvi Mərkəzi Bankçılıq Forumunda FED-in yeni sədri Kevin Uorş bazarlara gələcək dövr üçün olduqca mühüm mesaj verdi. Uorş bildirdi ki, FED artıq bazarlara gələcək faiz qərarları barədə əvvəlcədən istiqamət vermək siyasətindən uzaqlaşacaq və qərarlarını yalnız iqtisadi göstəricilər əsasında qəbul edəcək. Bu pul siyasətinin texniki məsələsi deyil”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, bu qlobal maliyyə bazarlarında qərarvermə mexanizminin dəyişməsidir:
“Bu nə deməkdir? Bu o deməkdir ki, son illərdə investorlar FED rəhbərlərinin hər çıxışını diqqətlə izləyərək növbəti faiz qərarını əvvəlcədən proqnozlaşdırmağa çalışırdılar. İndi isə əsas diqqət çıxışlardan inflyasiya, məşğulluq, iqtisadi artım və digər makroiqtisadi göstəricilərə keçir. Bunun nəticəsində bazarlar hər yeni statistik göstəriciyə daha həssas reaksiya verəcək. Volatilliyin artnası, istiqraz bazarında faizlərin daha kəskin dəyişməsi, səhm bazarında isə qiymət dalğalanmalarının güclənməsi ehtimalı yüksəlir.vBu dəyişiklik inkişaf etməkdə olan ölkələr üçün, o cümlədən Azərbaycan üçün də əhəmiyyətlidir. ABŞ-də faizlərin yüksək qalması və ya artırılması dolları gücləndirə, beynəlxalq kapitalın bir hissəsini yenidən ABŞ bazrına yönəldə və inkişaf etməkdə olan ölkələrə investisiya axınlarını zəiflədə bilər. Əslində, son bir neçə ildə mən də müxtəlif çıxış və yazılarımda eyni məqama diqqət çəkirəm. Ki, investorlar və biznes subyektləri qərarlarını dünya liderlərinin və ya mərkəzi bank rəhbərlərinin bəyanatlarına deyil, real iqtisadi göstəricilərə əsaslandırmalıdırlar. Çıxışlar bazarlarda ani psixoloji effekt yarada bilər, lakin makroiqtisadi göstəricilər iqtisadiyyatın laborator analizinin nəticələri kimidir. Məhz həmin rəqəmlər gec-tez bazarların həqiqi istiqamətini müəyyənləşdirir. Bu göstəriciləri düzgün oxuyanlar bazarda üstünlük qazanır, düzgün qiymətləndirə bilməyənlər isə itkilərlə üzləşirlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Iyul 2026 11:48
Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın həcmi açıqlandı
03 Iyul 2026 10:45
Azərbaycan nefti UCUZLAŞDI
03 Iyul 2026 10:00
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
02 Iyul 2026 10:30
“Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq”
01 Iyul 2026 10:43
“Azeri Light” bu gün neçəyə satılır?
01 Iyul 2026 10:23
Sahibkarlara yeni dəstək: Depozit hesabına sosial köçürmələr mümkün olacaq
30 Iyun 2026 12:02
Nazir ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirdi
30 Iyun 2026 11:44


Bakı -°C

