ABŞ-İran memarandumunu SEPAH pozmağa çalışır - Politoloq
“SEPAH-ın Hörmüz boğazında ticarət gəmilərini atəşə tutması və buna cavab olaraq ABŞ-ın SEPAH-ın hərbi obyektlərinə, o cümlədən Bəndər-Abbas limanı yaxınlığındakı mövqelərə zərbələr endirməsi, həmçinin İran nefti ilə bağlı sanksiya güzəştlərinin və lisenziyaların ləğv edilməsi göstərir ki, proseslər artıq lokal hərbi qarşıdurma müstəvisinə keçməkdədir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, göründüyü kimi, İran daxilində mühafizəkar qanad ABŞ-İran memorandumu və növbəti mərhələdə yekun sazişin imzalanmasını qəti şəkildə qəbul etmək istəmir:
“Prezident Məsud Pezeşkianın Ali Rəhbərin dəfn mərasimində müəyyən qruplar tərəfindən ABŞ-la memorandum imzalamaqda və güzəştlərə getməkdə ittiham olunması, hətta "xain" adlandırılması, eləcə də xarici işlər naziri Abbas Əraqçının əleyhinə şüarların səsləndirilməsi İran daxilində islahatçılarla mühafizəkarlar arasında qarşıdurmanın daha da dərinləşdiyini göstərir.Qeyd edim ki, ABŞ-la memorandumun imzalanması islahatçıların və hökumətin siyasi mövqelərini gücləndirirdi. Bu isə SEPAH daxilindəki mühafizəkar qrupları və ümumilikdə sərt xətt tərəfdarlarını ciddi şəkildə narahat edir. Buna görə də onlar sazişin pozulmasında və ABŞ-la gərginliyin davam etməsində maraqlıdırlar. Çünki mövcud gərginlik şəraitində ölkə daxilində təhlükəsizlik və idarəetmə mexanizmlərində SEPAH-ın təsir imkanları daha da artır”.
Politoloqun fikrincə, bu səbəbdən ABŞ-İran arasında yekun razılaşmanın əldə olunması müəyyən müddətə təxirə düşə bilər:
“İranın siyasi sistemi daxilində fikir ayrılıqları dərinləşməkdə davam edir. ABŞ-ın da növbəti mərhələdə SEPAH-ın hərbi və logistik obyektlərinə qarşı təzyiq siyasətini davam etdirməsi istisna deyil.Bir sözlə, ABŞ-İran münasibətlərində vəziyyət hələ də sabitləşməyib. Proses yenidən dalana dirənmək üzrədir. Baxmayaraq ki, tərəflərin İslamabadda növbəti görüşü və danışıqları davam etdirməsi planlaşdırılır, İran daxilindəki mühafizəkar qruplar bu prosesi pozmağa çalışırlar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Iyul 2026 15:47
Azərbaycan və Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib
08 Iyul 2026 14:51
NATO-nun Ankara sammiti Türkiyəni dünya gücünə çevirdi – TƏHLİL
08 Iyul 2026 11:47
Baş Prokurorluqda Avropa Şurası ilə görüş keçirildi
08 Iyul 2026 11:01
İlham Əliyev qəbul keçirdi - FOTOLAR
08 Iyul 2026 10:15
“Hər nəsil özü üçün hansı şərtlərin müqayisə edilə biləcəyini müəyyənləşdirməlidir”
08 Iyul 2026 09:55
“Ukrayna cəbhəsində "müharibənin yanacağı" bitir”
07 Iyul 2026 17:33
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addım
07 Iyul 2026 17:28


Bakı -°C

