“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” - İlahiyyatçı
“Din, məzhəb, əqidə pərdəsi altında pozğunçuluq, əxlaqsızlıq, pedofiliya, məzhəblərarası ədavət, xaricdəki mənbələrə bağlılıq, tarixi şəxsiyyətlərin obrazı arxasından ekstremizm təbliğatı edən, sosial şəbəkələrdə ziyalıları, dövlət xadimlərini, vətənpərvər adamları söyən və söydürən, bu yöndə propaqanda aparan şəxslər müvafiq qanunun tələblərinə görə məsuliyyətə cəlb olunmalıdır”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, əsl dini və mənəvi, milli dəyərləri təhqir və təhrif edənlər əslində din pərdəsi altında, məzhəb qiyafəsində gizlənənlərdir:
“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var. Bu, açıq sezilir və fəaliyyətləri öz mənfi nəticələrini verir.Təsir əks təsir yaradır. Din adı altında dinsizlik, əxlaqsızlıq, pozuculuq yayan maskalanmışların fəaliyyəti etirazçı əks cəbhənin formalaşmasını labüdləşdirir. Nəticədə cəmiyyətdə paradoksal mühit yaranır. Sivil dialoq və müzakirələr əvəzinə mübahisə, çaxnaşma və ədavət cücərir. Qatı və ekstremist məzhəbçilik, fanatizm və xurafat ateizmi sürətləndirir, mənəvi dəyərlər sistemini mübahisələndirir. Ona görə ümumi nizamın, dini tolerantlığın, milli həmrəyliyin, habelə mövhumatdan münəzzəh mənəvi dəyərlərin qorunması üçün bu mövzuda bir çox işlər görülməli, təmizləmə işləri aparılmalıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
31 Iyul 2026 11:30
Namidə İsayeva vəzifəsindən ayrıldı
31 Iyul 2026 11:14
AZAL Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
31 Iyul 2026 01:10
Avropa İttifaqının səfiri Azərbaycan dilini öyrənir - VİDEO
31 Iyul 2026 00:31
Qars Azərbaycan təyyarəsini belə qarşıladı - VİDEO
30 Iyul 2026 15:09
“Türkiyədə tibb ixtisası tələbələrinə aid mübahisəli maddə qanun layihəsindən çıxarıldı”
30 Iyul 2026 14:01
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirildi
30 Iyul 2026 13:50
Rövşən Rzayev kollegiya iclası keçirdi - Bu məsələlər müzakirə edildi
30 Iyul 2026 13:14


Bakı -°C

