“Yazı, fikir adamı oxucunun, xalqın istədiyinimi yazmalıdır?”
“Məncə, bunu etmək onun mənəvi intiharı olar. Xalqın istədiyi şey xalqın özünün düşünə və yaza bildiyi şeydir. Yazı, fikir adamı xalqın düşünə və yaza bilmədiyini düşünməli, xalqın yaza bilmədiyini yazmaldır. Əks halda, onun işi folklordan başqa bir şey olmayacaq”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
O, bizim hələ cəmiyyət olaraq yazının bəşəri missiyasını dərk etmədiyimizi bildirib:
“İnsanın tanrılara qurban edilməsi yazının icadından sonra başa çatdı. Yazıya qədər dünyada uğultu vardı. İnsan bu uğultunun əsiri idi. Yazı insanı bu uğultunun əlindən aldı. Barbarlıqdan mədəniyyətə, fundamentalizmdən sekulyarizmə keçmək üçün əlimizdə yazıdan başqa alət yoxdur. Yazmayan cəmiyyət hansı əsrdə yaşamasından asılı olmayaraq barbardır. Orada sözün təmkini, fikrin sükutu yoxdur, səs var, küy var, uğultu var.Yazı, fikir adamının öhdəliyi bu vəhşi uğultunu susdurmaqdır. Əgər o da bu uğultuya qoşulacaqsa, ortaya çıxan şeyin adı müasir Azərbaycan ədəbiyyatı, fəlsəfəsi, təhsili olacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Avqust 2026 13:26
Metamodernizm: postmodernizmdən sonra - Əli Şirin Şükürlü yazır
26 Avqust 2026 12:07
Həzi Həsənlinin ŞEİRLƏRİ
26 Avqust 2026 12:05
SEVGİ VƏ İNSANIN ƏBƏDİYYƏT ARZUSU
26 Avqust 2026 12:04
EDƏMƏM TƏRK, FÜZULİ...
26 Avqust 2026 12:02
İNSAN YAXŞILIĞI CƏNNƏT ÜÇÜN ETMƏLİDİR, YOXSA YAXŞILIQ ÖZÜ CƏNNƏTDİR?
25 Avqust 2026 10:43
Doğma torpaqda yeni həyat: Xocalı sakini Mürvət Məmmədovun qayıdış hekayəsi
25 Avqust 2026 10:09
Xeyirxahlıqla işıqlanan ömür: Şahsuvar İbrahimov
24 Avqust 2026 14:16


Bakı -°C

