“Rusiya rəhbərliyi Azərbaycana təzyiq etməyə çalışır” – Politoloq
“Rusiyanın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı hibrid təhdidlərin artması, Azərbaycan xalqının təhqir edilməsi, ölkə rəhbərliyi haqqında xoşagəlməz ifadələrin səsləndirilməsi və Azərbaycanın suverenliyinə yönəlmiş təhdidlər ciddi narahatlıq doğurur. Təbii ki, bunu sadəcə ayrı-ayrı media nümayəndələrinin özfəaliyyəti kimi qiymətləndirmək doğru deyil. Rusiya mediasını dövlət nəzarətində olduğunu nəzərə alsaq, orada səsləndirilən bu cür fikirlərin müəyyən siyasi dairələrlə razılaşdırılıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, hazırda Kreml qonşu ölkələrə münasibətdə getdikcə daha aqressiv ritorikadan istifadə edir:
“Göründüyü kimi, Azərbaycana qarşı da hibrid təzyiq siyasətinin əsas istiqamətlərindən biri məhz kütləvi informasiya vasitələrindən istifadədir. Azərbaycanın müstəqil xarici siyasət həyata keçirməsi, heç bir dövlətin maraqlarına təhdid yaratmaması və müstəqil "orta güc" kimi mövqeyini möhkəmləndirməsi Rusiyada narahatlıq yaradır.Cənab Prezidentin Naxçıvanda verdiyi mesajlar Kremlin kulislərində "soyuq duş" effekti yaradıb. Moskvanın aqressivliyinin səbəblərindən biri də Azərbaycanın regional və beynəlxalq nəqliyyat layihələrində rolunun artmasıdır”.
O, bildirib ki, Azərbaycan Şərq-Qərb nəqliyyat marşrutlarının əsas mərkəzlərindən birinə çevrilir, Ermənistanla sülh gündəliyini irəli aparır və Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində mühüm addımlar atır:
“Bütün bunlar regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırır. Məhz bu səbəbdən Rusiyanın müəyyən dairələrində Azərbaycanın artan regional roluna qarşı narahatlıq və qısqanclıq müşahidə olunur. Azərbaycana qarşı media üzərindən aparılan kampaniyanı da bu kontekstdədir. Lakin Rusiyanın kütləvi informasiya vasitələri vasitəsilə Azərbaycana təzyiq göstərməsi perspektivdə heç bir nəticəsi yoxdur.Rusiya Azərbaycanla münasibətlərini qarşılıqlı etimad, hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirməlidir. Çünki qonşu dövlətə qarşı təzyiq və aqressiv ritorika Rusiyanın öz maraqlarına da ziddir. Eyni zamanda, Azərbaycanla Rusiya arasında 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin prinsiplərini pozur. Rusiya rəhbərliyi öz imzalarına hörmət etmir. Tərəflərin imzaladığı sənədlərə sadiq qalması və bir-birinin suverenliyinə hörmət etməsi münasibətlərin gələcəyi baxımından əsas şərtlərdən biridir. Azərbaycan daima öz imzasına hörmət edib.Azərbaycan bundan sonra da öz milli maraqlarına əsaslanan müstəqil siyasətini davam etdirəcək və heç bir media kampaniyası bu siyasətin qarşısını ala bilməyəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Avqust 2026 10:56
Deputatlarımız Qazaxıstana gedir
19 Avqust 2026 10:31
“Nə qədər ki, Rusiya qonşularına, hətta tərəfdaş adlandırdığı dövlətlərə qarşı...”
19 Avqust 2026 10:28
“Azərbaycan Prezidentinə etdiyi bir zəng vəziyyəti tamam dəyişdi”
18 Avqust 2026 15:30
Yeni ingilis səfir Prezidentin qəbulunda azərbaycanca danışdı
18 Avqust 2026 13:48
Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb
18 Avqust 2026 12:25
Xalq hansı quldura, oğruya mahnı qoşub, onu yaddaşlarda yaşadıb? - İqbal Ağazadə yazır
18 Avqust 2026 11:24
“Dünyanın əsas hərbi gücləri daha genişmiqyaslı münaqişəyə hazırlaşırlar”
18 Avqust 2026 11:10


Bakı -°C

