Seda Sayan brendlərin saxtasını aldığını söyləyib
Türkiyəli müğənni Seda Sayan dəbli geyinməyi sevsə də, bahalı brendlərə pul xərcləmədiyini söyləyib.
Adalet.az xəbər verir ki, o, saat istisna olmaqla bütün geyim və aksesuarların saxtasını istifadə etdiyini etiraf edib:
“Mənim rahatlığım və sakitliyim əsla bahalı geyimlərdə deyil. Bir markanın saxtası həmin markadan seçilmirsə, niyə bahalı markaya pul ödəyim? O pullar asanlıqla qazanılmır axı. O pulu qazanınca canım çıxır.
Bir çantanın əslinə 5min avro verib almıram. Həmin brendin saxtasını alıram.
Bunu təkcə mən etmirəm, hətta Bülnet Ersoy da bunu edir. Burda nə var ki? O bunu rahatlıqla edirsə, mən niyə belə şeylərdən sıxılım ki?
Əsla geyim eqom yoxdur.Saat istisna olmaqla bütün geyim və aksesuarların saxtasını rahatlıqla istifadə edirəm. Saata düşkünlüyüm var. Yəni saxtasını almaqdansa, heç alıb istifadə etmərəm. Səbəbini bilmirəm, amma bu mənim düşüncələrimdir”.
Əntiqə


Bakı -°C

