Müğənni: “Gündəlik həyatım heç kəsə maraqlı deyil”
Müğənni- bəstəkar Pərvin Lətifov sosial şəbəkədən istifadə etməməsindən danışıb.
Adalet.az xəbər verir ki, o, sosial şəbəkəyə ayırmağa zamanının olmadığını söyləyib:
“Mən həm özümü inkişaf etdirirəm, həm öyrədirəm. Məşğuliyyətimi də səmərəli istifadə edirəm. Bu səbəbdən sosial şəbəkələrdən az istifadə edirəm. Düşünürəm ki, gündəlik həyatımı sosial şəbəkədə paylaşmaq mənasızdır. Bəzən də zaman alır. Sənətçi dostlarım gündəlik həyatlarını, bölüşdüyü səhnələri paylaşırlar. Bu olmalıdır, normal haldır. İzləyiciləri baxır. Ancaq mən düşünürəm ki, gündəlik həyatımı paylaşmaq kiməsə maraqlı deyil. Bu mənim şəxsi fikrimdir.
Bundan ötrü kiməsə demərəm ki, mənim əvəzimdən şəkillərimi paylaş”.
Əntiqə


Bakı -°C

