adalet.az header logo
  • Bakı -°C

 ... İndi göstər görüm restoranı?... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
76 | 2026-08-30 15:36
A- A+

Şair - publisist Tahir Taisoğlu ilə uzun müddət dostluq eəlmişik, elə bu gündə  dostuq ha! Amma intəhası ötən əsrin 70- ci illərinin sonunda oluğu kimi tez - tez görüşmürük.O, çox istedadlı şair olmaqla yanaşı, duzlu, yumorlu, şirin  və səmimi  bir ziyalıdı. Tahir qardaşımız sovet dönəmində  üzümçülük briqadiri də işləyib və səhv eləmirəmsə, 18 yaşında ilk şeirlər kitabı çap edilib.Bizim onun şairliyilə işimiz yoxdu!

Çünki bir istedadlı şair kimi çağdaş Azərbaycan ədəbiyyatında öz sözünü deyib və imzasın tanıdıb! Həmişə də onunla  bulvarda " Venesiya " - deyilən yerdə görüşərdük.Ordakı restoranda yaxşı yeyib- içərdik! " Ağ süfrə" çaxırı dan çox xoşu gəlirdi. Əyləşən kimi xidmətçidən soruşurdu ki," Ağ süfrəniz" var? Xidməçi də deyirdi ki, bəli, var! Bax onda Tahirin kefi ala buluddan nəm çəkirdi, və " gətir"- deyirdi .

Bax o vaxtlar  böyük şair Tofiq Bayramdan danışırdı. Və deyirdi ki, Tofiq Bayram həm böyük şalir idi, həm də böyük insan! Onun dili ilə demiş olsaq , Tofiq Bayram  bal kimi şirin adam olub. Tahir Taisoğlu o vaxtlar böyük şairlə bağlı bir neçə əhvalat danışdı, çox xoşuma gəldi, ancaq həmin əhvalatları onda qələmə ala bilmədim! Çox güman ki, tənbəllik elədim! İndi düşünürəm ki, səhv eləmişəm! Ona görə də, Tahir qardaşımızın danışdığı əhvalatları qələmə  alıram...      

Bir gün Tofiq Bayram Şamaxıya gedir. Onda da şairin, yazıçının, jurnalistin böyük  hörməti vardı! Onu raykomun birinci katibi qarşlayır,  qonaqlıq verir. Qonaqlıqqdan sonra birinci katib, Tofiq Bayram və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri  şəhərə gəzməyə çıxırlar. Yığış yağandan sonra küçənin birində gölməçə yaranıbmış! Həmin yerdən keçəndə bir qoca kişi onlara yaxınlaşır! Görür ki, bu kimsə lap böyük adamdı, hətta birinci katibdən öndə gedir. Qoca deyir:Görürəm, lap böyük adama oxşayırsan.

Dərimizi sizə deyək , biz kömək elə!  Tofiq Bayram:- Ağsaqqal, nə kömək lazimdı, de , edək?Qoca kişi:- Qadan alım, hər yağış yağanda bu küçədə bax belə gölməçə yaranır, arvad - uşaq  burdan keçə bilmir,gərək ayağımıza ya uzun boğaz qaloş geyək, ya da sapox! Onu da hər adam tapa  bilmir. O gölməçə ilə bağlı yanındakı adamlara dəfələrlə  demişik bir iş görməyiblər , bəlkə siz kömək edəsiniz? Tofiq Bayram ağsaqqaldan soruşur:- Kişi , o göl nədəndir!  Ağsaqqal ;- Başına dönüm, nədən olacaq, sudan!  Şair:- Bax bəla budur ki, o göl sudandı.

Əgər olsaydı , araqdan , pivədən zəng edirdim  Yazıçılar İttifaqın İslam Səfərli gəlib o dostları ilə bir saata qurudub gedərdilər!  Bax bu bir zarafatdır.Hec bir gün keçmir ki, o kücənin suyunu çəkirlər və ora asvalt örtük döşəyirlər. Qoca da bunu görüb və Tofiq Bayram təşəkkürünü bildirir.    

Yenə Tofiq Bayram Şamaxıya gəlir. Tahirgilin evinə çatanda onu çağırır! Ay Tahir, ay Tahir deyir bir səs çıxmır . Axırda onu şeirlə səsləyir: Demirik, qarajdan çıxar maşını,  Barı pəncərədən çıxar başını!  Sovet dövründə həm də tez-tez  şairlər , müğənnilər və aktyorlar  rsyonlara gedir, kolxoz  və sovxozlarda  olur , əmək qabaqcılları ilə görüşürdülər . Tofiq Bayram da həmin insanlarla  bir yerdə Astaraya gedir. Astaranın da birinci katibi çox savadlı , ziyalı, qurub- yaradan insan idi. Çingiz Fərəcov da onları kəndlərə , kolxoza, sovxoza aparır , gördükləri möhtəşəm işlərlə onları tanış edir.

Axırda Tofiq Bayram  əsəbləşir və deyir: Bəsdir, bizə göstərdin  Astaranı, Tay indi göstər görüm restoranı?    

 Və ruhu şad olsun , Tofiq Bayramın! Onun kimi şairlər heç vaxt ölmürlər və həmişə sağdırlar!!!

TƏQVİM / ARXİV