adalet.az header logo
  • Bakı -°C

Dövlətimiz həkimləri sevindirdi ... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
48 | 2026-09-06 09:00
A- A+

Mən həmişə həkimləri Yer üzünün mələkləri adlandırmışam . Çünki onlar hər gün onlarla insanı ölümün pəncəsindən alaraq həyata qaytarırlar! Bundan gözəl, bundan yaxşı əməl nə ola bilər? Əlbəttə, heç nə! Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva TƏBİB işçilərinin əmək haqqlarının artması təşəbbüsü ilə bağlı prezident İlham Əliyevə müraciət edib! Cənab prezident İlham Əliyevin tapşırığı ilə onların maaşı əsaslı surətdə artırılb. Bu artım 600 manatdan çoxdur.

Və artımdan sonra TƏBİB- in elə həkimləri var ki, 3000 manata qədər maaş alır! Çox gözəl! Buna öncə həmin həkimlər sevinir . Ki, onların bu artımdan sonra rifah halları yüksələcək! Və gün o gün olsun ki, başqa sahələrdə də əmək haqqı yüksəlsin. Onsuz da hər il bütün sahələr üzrə bu artım olur. Ancaq bu insanların həyat tərzində əsaslı dəyişiklik yaratmır! Amma buna da min şükür! Çünki dövlətimiz bu barədə  həmışə yeni addımlar atır. Və bir də görəcəyik ki, bu artım hər sahədə oldu və insanların güzaranı daha da yaxşılaşdı. Sadəcə olaraq bir qədər səbr etmək lazımdır! Müəllimlərin də maaş ikiqat artırılmalıdır və ən yüksək əməkhaqqı onlara verilməlidir.

Çünki onlar öyrədənlərdir! Dünyanın çox yerində bu, belədir! Həkimlərin sağ əli müəllimlərin başına! Mədəniyyət işçilərinin maaşı da çox aşağıdır. Hansı ki, onlar dövlətə və xalqa böyük xidmətlər  göstərir. Yaradıcı adamlar cüzi maaşla hansı böyük sənət əsəri yarada bilər! Heç şübhəsiz ki, bütün bunlar haqqında daha dərindən düşünülür və bir  gün biz bu sevincin şahidi ola  bilərik! Əgər pensiyaçılar 350-400 manat civarında təqaüd alırlar! Və da yetərincə deyil! Müavinətlər isə 220- 250 manat arasındadır! Bunların da əsaslı surətdə artımına son dərəcə  ehtiyac var! Min manatdan çox pensiyaları artırmaqdansa, 350-400 manat civarînda olan təqaüdlərin yüksəldilməsi daha  vacibdir. Belə ki, bazar tələbləri ilə müqayisədə indiki pensiya həmin adamlara bəs eləmir.

Təbii ki, əksər pensiyaçılar mövcud təqaüdün mıqdarından o qədər də razî deyillər. Amma görünən odur ki, dövlətimiz bu məsələri daim diqqət mərkəzində saxlayır, imkan olduqca,həmin pensiya və müavinətlərin əsaslı surətdə artırılması ilə bağlı ciddi addımalr atır! Və inanırıq ki, bir gün hamı sevinəcək!!!

  • Sentyabr:
  • 4

TƏQVİM / ARXİV