adalet.az header logo
  • Bakı -°C
29 Sentyabr 2026 07:42
34
ƏDƏBİYYAT
A- A+

Ağıllı oğlan

Bir ana, bir oğul, bir gəlin varmış,
Onlar çox kasıbmış, yerləri darmış.
Gəlin fikirləşir hey gecə-gündüz:
“Görən, nə əyridi, görəsən, nə düz?”

Bir gün nəfəs aldı, gəlin dərindən,
Axır ki, soruşdu bir gün ərindən:
“De, məni sevirsən? Yoxsa ananı?
Bəlkə də sevmirsən gözəl sonanı?”

Oğlan tələsmədən onu əylədi,
Sevimli yarına belə söylədi:
“Anamı sevirəm körpəliyimdən,
Mən səni sevirəm, bil, gəncliyimdən.

Sən bir gün ‘ananı sevmə’ söyləsən,
Belə bir pisliyi mənə eyləsən,
Damardakı qanım quruyacaqdı,
Ürəyim dayanıb, uyuyacaqdı.

Sən hegemon göstər özün-özünü,
Buyur, eşidirəm, söylə sözünü.
Mən anamı atsam, cahan ağlayar,
Xəbəri eşidən, yayan ağlayar.

Unutma ki, sən də ana olassan,
Onda oğlun üçün sən də yanassan.”

Sözləri eşidən gəlin ağladı,
Gözünün yaşını güclə saxladı.
Dedi ki: “Gəlin mehriban olaq,
Əbədi olaraq bir yerdə qalaq.

Yaxşı ki, insanlar düzəlir bir gün,
Qoymur ki, vurula qəlblərə düyün.”

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.