Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
Aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.
Digər Xəbərlər
17 Oktyabr 2026 12:42
Bazar günü hava necə olacaq?
17 Oktyabr 2026 00:05
Füzuli Şəhəri Günüdür
16 Oktyabr 2026 23:20
Alyona Əliyeva sərgi açılışında - FOTOLAR
16 Oktyabr 2026 12:26
Bu halda kranla görülən işlər dayandırılacaq
16 Oktyabr 2026 12:22
İstehsalçılar ətraf mühitə təsirin qiymətləndirilməsini özləri müəyyən edəcəklər
16 Oktyabr 2026 11:38
Azərbaycanda nə qədər işsiz var?
16 Oktyabr 2026 11:27
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16 Oktyabr 2026 11:17


Bakı -°C

