Sabah 38 dərəcə isti olacaq
İyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.
Digər Xəbərlər
28 Sentyabr 2026 11:07
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
28 Sentyabr 2026 10:13
Bakıda yeni tunel inşa ediləcək - VİDEO
27 Sentyabr 2026 16:58
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub - FOTOLAR
27 Sentyabr 2026 12:05
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - VİDEO + FOTOLAR
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
25 Sentyabr 2026 21:45


Bakı -°C

