Sabah Bakıda 21 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi, axşam ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
Digər Xəbərlər
22 Oktyabr 2025 14:28 Yasamalda “ölüm yolu"na əncam çəkən yoxdur: SOS
22 Oktyabr 2025 11:34 Şahdağ və Kəlbəcərdə qar yağıb - FAKTİKİ HAVA
21 Oktyabr 2025 15:49 Heyvan bazarlarının bağlanması ətin qiymətini bahalaşdıra bilər - İqtisadçı
21 Oktyabr 2025 15:12 Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA
21 Oktyabr 2025 11:04 Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - VİDEO
20 Oktyabr 2025 17:52 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
20 Oktyabr 2025 16:50 Zığ dairəsi-Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO
20 Oktyabr 2025 15:33 

Bakı -°C 






