Sabah Bakıda 22 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
Digər Xəbərlər

Aqil Abbas: “Ağdam mənim and yerimdir” - VİDEO

Sarıcalıya köçən ailələrə evlərin açarları verildi - FOTO - YENİLƏNİB

“Qurd Qapısı” restoranında ciddi nöqsanlar aşkarlandı - FOTOLAR

Arzu Əliyeva 2 saylı Uşaq evini ziyarət etdi - FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə Ramazan bayramı münasibətilə tədbir keçirilib - FOTOLAR

Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir

Sahibsiz heyvanlarla bağlı yeni qanun hazırlanması təklif olunur
