Sabah Bakıya qar yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yağıntı gündüz tədricən kəsiləcək.
Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Digər Xəbərlər

Füzulidə salınacaq Qaraxanbəyli kəndinin layihəsinin detalları açıqlandı

Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR

Prezident Xocavənddə sakinlərlə görüşdü - YENİLƏNİB + FOTOLAR

İlham Əliyev Şuşakənd kəndində oldu - FOTOLAR

İlham Əliyev Qırmızı Bazarda - FOTOLAR

Dövlət başçısı Hadrut qəsəbəsində məscidin açılışını etdi - FOTOLAR

İlham Əliyev Hadrut qəsəbəsində olub - FOTOLAR
