Hakan Fidan: Zirvə Görüşünün Qəbələdə keçirilməsi olduqca qürurvericidir
TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün Azərbaycanın Qəbələ şəhərində keçirilməsi olduqca qürurvericidir.
Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan media nümayəndələrinə müsahibəsində deyib.
O qeyd edib ki, Türk dünyasının belə gözəl şəhərini liderlərə təqdim etmək və onları burada qonaq etmək çox xoşdur.
"Hər güclü dövlət birlikləri inkişaf etdikdə daha güclü təşkilat yaranır. Ona görə də ümid edirəm ki, biz gələcəkdə dünya böhranlarına daha dayanıqlı olan Türk dünyası ilə qarşılaşacağıq. Liderlərimiz bu məsələni sabah Qəbələdə müzakirə edəcəklər", - H.Fidan əlavə edib.
Digər Xəbərlər
08 Noyabr 2025 13:37
"Bu gün ilk dəfə Pakistan hərbçiləri də Azadlıq meydanında bizimlə bərabərdirlər" - Dövlət başçısı
08 Noyabr 2025 13:35
"Ərdoğan müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi" - Prezident
08 Noyabr 2025 13:16
Qazaxıstanın müdafiə naziri Bakıya gəlib
08 Noyabr 2025 13:05


Bakı -°C

