Sabaha olan hava proqnozu AÇIQLANDI

Mayın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək.
Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.
Digər Xəbərlər

AZAL-ın ikinci yeni "Airbus A320neo" təyyarəsi Bakıya gətirildi - FOTOLAR

Coğrafiya İnstitutu: Otman-Bozdağ vulkanında palçıq püskürməsi zəif olub

Rəsul Quliyevin ailə üzvləri 30 il sonra Bakıda - FOTOLAR + VİDEO

Azərbaycanda palçıq vulkanı PÜSKÜRDÜ - YENİLƏNİB

Bazar gününə olan hava proqnozu

Sevil Əliyeva "Şərəf" ordeni ilə təltif edildi - SƏRƏNCAM

Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar müəyyənləşir
