Sərnişinlərin nəzərinə - Daha bir marşrut xətti ləğv olunur
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının kənd və qəsəbələri üzrə mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və səmərəsiz marşrutların ləğv olunması istiqamətində tədbirlər davam etdirilir.
Agentlikdən Adalet.az-a verilən məlumata görə, həyata keçirilən təhlil və monitorinq zamanı Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xətti üzrə köhnə və istismar vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələrinin nizamsız fəaliyyəti müşahidə edilib.
Bu marşrutun həmin ərazidə nağdsız qaydada fəaliyyət göstərən 108A və 592 nömrəli marşrutların hərəkət sxemlərini təkrarlamasını da nəzərə alaraq martın 1-dən 134 nömrəli avtobusların istismarı dayandırılır.
Digər Xəbərlər
27 Sentyabr 2026 00:00
Azərbaycanda Anım Günüdür
26 Sentyabr 2026 20:30
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
26 Sentyabr 2026 19:45
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
26 Sentyabr 2026 19:20
Prezident və ailəsi "Formula 1"də - FOTOLAR + YENİLƏNİB
26 Sentyabr 2026 16:46
XRİTDX əməkdaşlarının peşə bayramı münasibətilə tədbirlər keçirilib
26 Sentyabr 2026 12:37
FHN Formula 1 üçün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib - VİDEO
26 Sentyabr 2026 09:41
"Dinin məktəbdə nə işi var?"
26 Sentyabr 2026 09:10


Bakı -°C

