23 Avqust 2024 22:53
409
GÜNDƏM

Sabahdan suyun tam şəkildə verilməsinə başlanılacaq

Sabahdan suyun əvvəlki rejimdə verilməsinə başlanılacaq.

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidmətindən Adalet.az-a verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi müvəffəqiyyətlə başa çatdırılır.

Avqustun 24-ü səhər saatlarında şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcəkdir.