Sabahın hava proqnozu açıqlandı
Martın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq.
Digər Xəbərlər
20 Aprel 2026 19:15
Xanım sürücülər diqqətli olsa...
20 Aprel 2026 17:51
Naxçıvanda çaylardan sel keçdi
20 Aprel 2026 17:40
Bu əhəng daşı və qum-çınqıl yataqları "AzerGold"un istifadəsinə verilib
20 Aprel 2026 13:23
Sabunçu tunelindəki təhlükəli vəziyyət aradan qaldırıldı
20 Aprel 2026 12:31
Sabah yağış yağacaq
20 Aprel 2026 11:13
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur
20 Aprel 2026 10:04
Yayda meyvə-tərəvəzlər bahalaşa bilər - VİDEO
20 Aprel 2026 09:35


Bakı -°C

