adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Aprel 2024 14:44
1034
HADİSƏ

Sabiq baş pediatr İNTİHAR ETDİ  - YENİLƏNİB

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin ölümü ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Adalet.az-a  bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

 

***

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

Adalet.az xəbər verir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.

Nəsib Quliyev ov tüfəngi ilə özünü güllələyərək ölüb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.