Sabiq deputatdan Erkin Qədirliyə etiraz: "Gəlsin sübut edim..."
Millət vəkili Erkin Qədirlinin bloqer Mehman Hüseynovla mini müsahibəsi müzakirələrə səbəb olub.
Adalet.az xəbər verir ki, mövzu ilə bağlı keçmiş deputat Etibar Hüseynov öz sosial şəbəkə hesabında açıqlama verib. Sabiq deputat əvvəlcə blogger Mehman Hüseynovun fikirlərini qınayır:
"Mehman Hüseynovun dediyindən belə çıxır ki, guya MM-də oturanların heç biri demokratik seçki ilə seçilməyib. Və bu ölkədə düzgün seçki keçirilsə sanki ondan başqa heç kəs obyektiv yolla deputat ola bilməz".
Etibar müəllimin fikrincə, Erkin Qədirlinin açıqlaması düzgün hesab edilməməlidir: "Məsələn, mən 2010-cu ildə tam demokratik seçki ilə seçildiyimi iddia edə bilirəm. O ərəfədə başda Adil Əliyev olmaqla Ülvi Quliyev, Ceyhun Osmanlı, Qənirə Paşayeva, Madər Musayev, Aydın Abbasovun, Əli Hüseynov, İqbal Ağazadə və bir çoxlarının da demokratik yolla səs topladığının şahidiyəm. Amma mən özümə cavabdehəm. Nəzərinizə də çatdırım ki, nə Prezidentin köməkçisi olan qardaşım olub , nə də biznesim. Kimin də zərrə qədər şübhəsi varsa, gəlsin otursun qabağımda sübut eləyim"-deyə vurğulayıb.
Qeyd edək ki, bir neçə deputatında bu mövzuda fikrini öyrənmək istəsəkdə onlar bir neçəsi sualımızı cavablandırmaqdan yayındı. Anlaya bilmədik Ki, görən, sualımızdan yayınanlar Erkin Qədirlidən niyə qorxur?
Digər Xəbərlər
13 Mart 2026 19:54
Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
13 Mart 2026 19:01
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək - TƏSDİQLƏNDİ
13 Mart 2026 17:53
Kamran Əliyev ağac əkdi - FOTO
13 Mart 2026 17:36
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
13 Mart 2026 17:12
"İnsanlar yolu tək deyil, 8-10 nəfər toplaşdıqdan sonra keçsinlər" - Deputat
13 Mart 2026 16:46
MN-dən Türkiyəyə atılan raketlə bağlı açıqlama
13 Mart 2026 14:34
Naxçıvanda əhalinin sayı artıb
13 Mart 2026 12:51


Bakı -°C

